Bank Of Baku

Tiflisdə XXIII Dəmiryol administrasiyasının sahə Tarif Sazişinin konfransı keçirilir

Tiflisdə XXIII Dəmiryol administrasiyasının sahə Tarif Sazişinin konfransı keçirilir
# 28 oktyabr 2014 15:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında XXIII Dəmiryol administrasiyasının sahə Tarif Sazişinin konfransı başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirə Tarif Sazişi Dəmiryol administrasiyasının iştirakçı dövlətləri qatılıblar.

 

Tədbirdə MDB ölkələrinin (Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və  Estoniya) nümayəndə heyətləri iştirak edir. Konfransda Azərbaycanı dəmiryol idarəsinin nümayəndə heyəti təmsil edir. Bu gün tədbirdə Tarif Sazişi sənədində qəbul ediləcək dəyişikliklər və yeniliklər  barədə təklif və mövqelər dinlənilib, fikir mübadiləsi aparılıb.

 

Noyabrın 1-də Tarif Sazişi sənədi üzrə yeni dəyişikliklər haqqında protokol sənədi qəbul ediləcək.

 

Tədbirdə növbəti Tarif Sazişi iştirakçılarının qərarı ilə növbəti iclasın Qırğızıstanda keçirilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR