Bank Of Baku

Yay aylarında Bakı-Burqas birbaşa aviareysləri həyata keçiriləcək

Yay aylarında Bakı-Burqas birbaşa aviareysləri həyata keçiriləcək
# 01 may 2013 10:02 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA-Economics. Yay fəslinin əvvəlindən etibarən Bakı (Azərbaycan) və Burqas (Bolqarıstan) şəhərləri arasında birbaşa aviareyslər açılacaq.

 

APA-Economics”in xəbərinə görə, bu məsələ Burqas meri Dimitr Nikolovla Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova arasında keçirilən görüşdə müzakirə olunub.

 

Tərəflər qeyd ediblər ki, aviareyslər bir neçə həftədən sonra həyata keçiriləcək. Birbaşa aviareysin açılması azərbaycanlı turistlərin Bolqarıstana axınını artıracaq, iki ölkə arasında mədəni və turist əlaqələrinin inkişafına təkan verəcək.

 

Burqas meri qeyd edib ki, bu, mövsümi aviareys olsa da, gələcəkdə mütəmadi şəkil alacağına ümid edir.

 

Görüşdə Azərbaycan aviaşirkətlərinin və turizm şirkətlərinin nümayəndələri də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR