Bank Of Baku

Ziya Bünyadov prospektində aparılan təmir işləri yekunlaşmaq üzrədir - FOTO

Ziya Bünyadov prospektində aparılan təmir işləri yekunlaşmaq üzrədir - <span style="color: red;">FOTO
# 15 oktyabr 2014 07:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ziya Bünyadov prospektində artıq asfalt-beton örtüyünün sonuncu üst (aşınma) qatının döşənməsinə başlanılıb.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, işlərin sürətlə aparılması, yolun bütün eni boyu üst örtüyünün döşənməsi üçün eyni vaxtda işləyən 4 asfalt döşəyən maşın və digər texnikalar cəlb olunub.

 

Asfalt döşəyən maşınların eyni vaxtda işləməsi imkan verəcək ki, yol boyu texnoloji tikişlər olmasın və asfalt-beton örtüyünün ömrü uzun olsun. 

 

Qeyd edək ki, paralel olaraq səki daşlarının düzülməsi, işıq dirəklərinin quraşdırılması və Ziya Bünyadov prospektinin sonunda Böyük Şor qovşağına girmədən nəqliyyatın geri dönməsi üçün yeni hissə tikilir.

 

Hava şəraiti imkan verərsə, 9,2 km məsafədə asfalt-beton örtüyünün üst qatının döşənməsi işlərinin çox qısa vaxtda yekunlaşması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR