Bank Of Baku

Xüsusi nümayəndə: Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdır

Xüsusi nümayəndə: Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdır
# 17 aprel 2023 13:56 (UTC +04:00)

Artıq Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdır.

APA-nın Şirvan bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda işğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi ilə bağlı elmi-praktik konfransda çıxışında deyib.

Ağdam və Füzuli şəhərlərinin baş planlarının Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu qeyd edən Emin Hüseynovun sözlərinə görə, digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanılıb: “Qarabağ iqtisadi rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir”.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR