Azadlıq prospektinin S.S. Axundov küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyda keçidində eskalatorların sıradan çıxmış hissələrinin yenisi ilə əvəz edilməsi işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, sskalatorların yenidən qurulması işləri bir-neçə gün ərzində davam etdiriləcək. Bu üzdən vətəndaşlardan aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Ən qısa zaman kəsiyində keçidin eskalatorları işlək vəziyyətə salınaraq vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur.
Eskalatorların işləməməsi ilə əlaqədar bir müddətdir piyada keçidində yaranmış və təmir müddətində yaranacaq narahatlığa görə vətəndaşlardan üzr istəyirik.