DGK-da Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

DGK-da Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
# 02 mart 2016 18:10 (UTC +04:00)

Bakı-APA. Martın 2-də Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFS) Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimovanı, İnvestisiya mühiti üzrə tapşırıq qrupunun rəhbəri İrina Kokayanı və Ticarətin dəstəklənməsi üzrə regional koordinator Violan Konar-Lisiniqəbul edib.

DGK mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, son zamanlar gömrük sistemində aparılan islahatların daha da intensivləşdirildiyini söyləyən DGK sədrinin birinci müavini S.Mehdiyev əldə olunan müsbət nəticələri qonaqların diqqətinə çatdırıb, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Azərbaycan Gömrük Xidməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əlaqələrin gələcək perspektivlərindən də məmnunluqla söhbət açan S. Mehdiyev, respublikamızın gömrük sisteminə faydalı ola biləcək istənilən sahədə əməkdaşlığa hazır olduqlarını bildirmişdir.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFS) Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimova qarşılıqlı əlaqələrin daha da intensivləşməsinin vacibliyini qeyd edib, Azərbaycan hökuməti ilə əməkdaşlığa çox böyük önəm verildiyini vurğulayıb, gömrük sisteminin daha da təkmilləşdirilməsi istiqamətində gələcəkdə həyata keçiriləcək tədbirlərdə təmsil etdiyi qurumla birgə əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR