Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Fevral

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Fevral
# 04 fevral 2016 17:13 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkməndağında müharibə gedir. Təkcə mövqe müharibəsi deyil, həm də informasiya müharibəsi. Ötən həftə Suriya dövlət televiziyası Türkməndağının tam şəkildə hökumət qüvvələrinin nəzarətinə keçdiyini xəbər verib və əməliyyatın boyunca əraziyə 22 min ton bomba atıldığını bildirib. Türkmən kəndlərinə od vurulduğu, müxaliflərin məhv edildiyi bildirilsə də, Suriya tərəfi bu iddiaların doğruluğunu əsaslandıracaq görüntülər yaya bilməyib. Bu gün isə Türkiyədə bəzi media orqanları Türkməndağında keçirilən əməliyyatlar zamanı Rusiya, İran və Suriya generallarının öldürüldüyünü bildirən xəbərlər yayıb. Suriyada iranlı generalın öldürülməsi xəbəri müxtəlif mənbələr tərəfindən təsdiqlənsə də, ümumilikdə 9 generalın öldürüldüyü məlumatını təsdiqləyən heç nə yoxdur. Savaşda qarşılıqlı informasiya müharibəsinin aparılması təbiidir, buna kimsə etiraz edə bilməz. Problem informasiya müharibəsinin xeyir və ya zərər gətirməsindədir. Türkməndağında çoxlu sayda generalın öldürülməsi xəbəri türkmənlərin öz torpaqları uğrunda mübariz obrazının üzərindən xətt çəkir və onlar haqqında peşəkar terrorçu görüntüsü yaradır. Türkməndağında verilən kadrlarda, lap elə türkmən birliklərin rəhbərlərinin APA TV-yə verdiyi açıqlamalarda soydaşlarımızın primitiv silahlandığı, sursat sarıdan korluq çəkdiyi aşkar görünür. Bu cür pis silahlanmış birliklərin çoxlu sayda generalı öldürməsi xəbəri kimin işinə yarayır? Türkmənlərin? Xeyr. Bu daha çox Türkməndağında soyqırımı həyata keçirən, az qala hər qarış torpağa bir bomba atan Suriya, Rusiya, İran birliklərinin işinə yarayır. Bu kimi xəbərlər türkmən soyqırımı törədənlərin əməllərinə haqq qazandırmaqdan başqa bir şey deyil...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR