Qaxda zəhərlənmə hadisəsi baş verib - VİDEO

Qaxda zəhərlənmə hadisəsi baş verib - <span style="color: red;">VİDEO
# 23 oktyabr 2015 20:25 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda 61 yaşlı kişi göbələkdən zəhərlənib.

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 23-ü, axşam saat 22 radələrində rayonun Kötüklü kənd sakini, 1954-cü il təvəllüdlü İvan Nose oğlu Nadiraşvili zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 61 yaşlı İvan Nadiraşvili oktyabrın 23-ü, axşam saat 17 radələrində yaşadığı evdə közün üzərində göbələk bişirib yeyib. Göbələk yedikdən bir qədər sonra İvan Nadiraşvilidə zəhərlənmə əlamətləri büruzə verib. Xəstəxananın yolxucu xəstəliklər şöbəsinə yerləşdirilən İvan Nadiraşvilinin müayinə və müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR