Goranboy sakini intihara cəhd edib

Goranboy sakini intihara cəhd edib
# 15 yanvar 2016 13:26 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboy rayonunda intihara cəhd olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xoylu kənd sakini, 1994-cü il təvəllüdlü Nübar Abdullayeva kimyəvi maddə ilə kəskin zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətini orta-ağır olduğu bildirilir. Məlumata görə, iki uşaq anası olan N. Abdullayeva sirkə turşusu içərək intihar etmək istəyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR