Siyəzən sakinini ilan sancıb

Siyəzən sakinini ilan sancıb
# 09 iyun 2016 21:02 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Siyəzən rayonunda ilan sancma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Yenibulaq kənd sakini Talibov Adıgözel Seyfəl oğlunu ilan sancıb. O, dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlan zəhəri əleyhinə zərdab vurulduqdan sonra Bakıya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR