Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub
# 14 oktyabr 2015 19:41 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə dəmiryol vağzalı yaxınlığında qeydə alınıb.

Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü Vahid Quliyev yolun kənarı ilə hərəkət edərkən naməlum avtomobil tərəfindən vurulub.

V. Quliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR