Bolqarıstan prezidenti: “Yeni dünya nizamına, yeni cəmiyyətlərin yaradılmasına nail olmalıyıq”

Bolqarıstan prezidenti: “Yeni dünya nizamına, yeni cəmiyyətlərin yaradılmasına nail olmalıyıq”
# 10 mart 2016 08:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Biz dünyanın bölüşdürülməsi ilə bağlı faktiki yeni Yalta konfransı ərəfəsindəyik, dünya buna imkan verməməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün başlayan IV Qlobal Bakı Forumunun açılışında Bolqarıstan prezidenti Rosen Plevneliyev deyib. Bolqarıstan prezidenti bildirib ki, müharibə etmək asandır, sülh əldə etmək isə çətindir: “Güclü dövlətlər asan şəkildə nizamı poza bilər. Sərhədləri pozmaq yox, rifaha nail olmaq lazımdır. Azad, tolerant cəmiyyətlər yaradılmalıdır. Dünyada millətçiliyin artdığını nəzərə alsaq, Avropa özü mənəvi, dəyərlər münaqişəsinə cəlb olunub. İqtisadi və siyasi əməkdaşlıq zəruriyyətdir. Bu gün sərhədlərimizdə xaos, dondurulmuş münaqişələri görürük. Cinayətkar mütəşəkkil qruplar milyardlar qazanır. Miqrantlar daha yaxşı həyat səviyyəsi axtarışındadırlar. Sərhədləri təhlükəsiz saxlamaq üçün insan haqları müdafiə olunmalıdır. Balkan ölkələrini sabitlik və rifahın, dinlərin və cəmiyyətlərin tolerantlığı üçün ön cəbhəsi sayıram”.

R. Plevneliyev bildirib ki, diplomatiya, danışıqlar, sərhədlərin bölünməzliyi əsas götürülməlidir: “2016-cı ildə biz daha qeyri-sabit dünya nizamına doğru gedirik. Diplomatiya və prinsiplər əsasında rifah dünyasının yaradılmasına çalışmalıyıq. Yeni dünya nizamına, yeni cəmiyyətlərin yaradılmasına nail olmalıyıq, əməkdaşlıq əsas götürülməlidir. Nizami Gəncəvi deyib ki, biliklər vasitəsi qapıların açıq qalmasını təmin etmək olacaq. Biz liderlərimizi öz biliklərimizlə dəstəkləməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR