Almaniya Avropa çempionatını zamanı terror aktı planlaşdırılmasına dair məlumata malik olmadığını açıqlayıb

Almaniya Avropa çempionatını zamanı terror aktı planlaşdırılmasına dair məlumata malik olmadığını açıqlayıb
# 12 iyun 2016 09:54 (UTC +04:00)

Bakı-APA. Almaniya daxili işlər naziri Tomas de Mezer Fransada keçirilən futbol üzrə Avropa çempionatı ilə bağlı terror aktı hazırlanmasına dair məlumata malik olmadıqlarını bildirib.

APA-nın “Bild’ qəzetinə istinadən verdiyi məlumata görə, T. Mezer hazırda Almaniya Daxili İşlər Nazirliyinə mümkün terror aktları ilə bağlı daxil olan məlumatların hamısının yoxlanıldığını, Avropa çempionatı ilə əlaqədar terror aktı planlaşdırılmasına dair konkret məlumata malik olmadıqlarını bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Fransa hüquq-mühafizə orqanları iyunun 10-da start götürmüş Avropa çempionatı ilə əlaqədar yüksək təhlükəsizlik tədbirləri görüldüyünü açıqlayıb. Təhlükəsizliyin qorunmasına 42 min polis, 30 min jandarma, o cümlədən hərbçilər də daxil olmaqla, 87 min nəfər cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR