Britaniyanın xarici işlər naziri: "Rusiya təyyarəsinin İŞİD tərəfindən partladılması ehtimalı yüksəkdir"

Britaniyanın xarici işlər naziri: "Rusiya təyyarəsinin İŞİD tərəfindən partladılması ehtimalı yüksəkdir"
# 05 noyabr 2015 10:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “İŞİD-in Misirdəki bölməsi olan qruplaşmanın Rusiya təyyarəsini vurmasından şübhələnməyə əsaslar var”.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond deyib. O, İŞİD tərəfdarı olan “Vilayət Sinay” qruplaşmasının "Airbus A321" təyyarəsi ilə bağlı hadisədə əlinin olması barədə açıqlamaya da diqqət çəkib: “Biz bu bəyanat da daxil olmaqla, bütün informasiyaları nəzərdən keçiririk və düşünürük ki, belə bir ehtimal mövcuddur”.

Daha öncəki açıqlamasında da Filip Hemmond təyyarənin göyərtəsinə bomba qoyulması ehtimalının olduğunu bildirib.

Misir prezidenti Abdel-Fəttah-əl-Sisi isə bu kimi bəyanatları əsassız spekulyasiya adlandırıb.

Xatırladaq ki, oktyabrın 31-də Şarm-əş-Şeyx – Sankt Peterburq marşrutu ilə uçan “Airbus A321” təyyarəsinin havada parçalanaraq yerə düşməsi nəticəsində 224 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR