Bakı - APA-Economics. Oktyabr ayının 1-ə “Bank Respublika” ASC-nin ümumi kredit portfelində problemli kreditlərin həcmi 32,941 mln. manat təşkil edib.
“APA-Economics” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, problemli kreditlərin ümumi kredit portfelinə nisbəti 10,68%-ə çatıb.
Düzdür, ötən rüblə müqayisədə problemli kreditlərin həcmi azalıb: I rübün yekununda bankın problemli kredit portfelinin həcmi 33,011 mln. manat olub. Lakin ötən rüblə (10,03%) müqayisədə III rübdə problemli kreditlərin kredit portfelinə nisbəti artıb.