Azərbaycan tarzəni Budapeştdə konsert verib

Azərbaycan tarzəni Budapeştdə konsert verib
# 11 noyabr 2015 13:01 (UTC +04:00)

Bakı-APA. Noyabrın 10-da Budapeştin Bela Bartok adına İncəsənət Sarayında Azərbaycanın məşhur tarzəni Malik Mansurov, Macarıstanın Miskoç Simfonik Orkestri və məşhur Djabe caz qrupunun iştirakı ilə böyük konsert proqramı təşkil edilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, Djabe qrupu ilə azərbaycanlı tarzənin ənənəvi Bakı Caz Festivalından başlayan əməkdaşlığı artıq 10 ilə yaxındır ki, davam etməkdədir. Hazırda yaranmasının 20 illiyini qeyd etməyə hazırlaşan qrupun CD disklərində Malik Mansurovun ifaları da öz əksini tapıb.

Proqram ərzində Azərbaycanın tanınmış tarzəni, respublikanın əməkdar artisti, Milli Konservatoriyanın instrumental muğam kafedrasının müdiri Malik Mansurov xalq mahnılarımızı böyük ustalıqla səsləndirmiş, Macarıstanın məşhur musiqiçiləri - Tamas Barabas, Attila Egerhazi, Szilard Banai, Zoltan Kovacs, Ferens Kovacs, elecə də, Miskoç Simfonik Orkestrinin 50 nəfərlik heyəti ilə birlikdə klassik musiqiləri tarda ifa edib.

Caz və klassik musiqinin sintezi, Azərbaycan xalq mahnıları, Afrika musiqisi elementlərinin təqdim edildiyi konsertdə macar ictimaiyyəti nümayəndələri, yerli jurnalistlər, diaspor üzvləri, ümumilikdə 300 dən çox qonaq iştirak etmiş və proqram böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR