Zirədə istixana kompleksinin yaradılmasına 6,5 mln. manat investisiya yatırılıb

Zirədə istixana kompleksinin yaradılmasına 6,5 mln. manat investisiya yatırılıb
# 28 yanvar 2016 07:45 (UTC +04:00)

Bakı - APA-Economics. “Bakının Xəzər rayonunun Zirə qəsəbəsində müasir istixana kompleksinin inşası üçün ilkin mərhələdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaitindən istifadə olunub. “Aqrolizinq” ASC-dən isə texnoloji avadanlıqlar 10 il müddətinə lizinqə götürülüb”. “APA-Economics”in xəbərinə görə, bu barədə Zirə İstixana Kompleksinin rəhbəri Bəşir Quliyev bildirib.

“Ölkəmizin əlverişli investisiya mühitindən bəhrələnərək kompleksin yaradılmasına ümumilikdə 6,5 milyon manat investisiya qoymuşuq. Beş hektar şüşə ilə bağlı əraziyə malik kompleksin tikintisində Niderland istehsalı olan ən son texnologiyalardan istifadə olunub. Hazırda müəssisəmizdə 65 nəfər çalışır. Bununla yanaşı, biz Ağdaş, Oğuz və Şəki rayonlarında intensiv üsullarla açıq sahədə müxtəlif kənd təsərrüfatı bitkilərinin əkinini həyata keçiririk və gələcəkdə bu əraziləri daha da genişləndirəcəyik”, - deyə B. Quliyev bildirib.

Onun sözlərinə görə, müəssisə təkcə 2015-ci ildə Rusiyaya 1300 ton tərəvəz ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR