Bakıda sərnişin avtobusu qəzaya uğrayıb

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
# 29 sentyabr 2016 08:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolda, Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb. Məlumata görə, yüksək sürətlə hərəkət edən avtobus yoldan çıxaraq maneəyə dəyib. Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib, ön şüşəsi sınıb.

Avtobusda sərnişinlərin olub-olmadığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR