Müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb
# 06 oktyabr 2016 09:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu il müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib ki, müəllimlərin işə qəbulu üzrə 31 779 nəfər elektron qeydiyyatdan keçib.

O bildirib ki, müsahibə mərhələsində namizədlərin psixoloji vəziyyəti qiymətləndirilib: “Mərkəzləşdirilmiş qaydada keçirilən işə qəbul üzrə müsabiqənin nəticəsində 1-ci mərhələdə 1827, əlavə yerləşdirmə ilə 538 nəfər, ümumilikdə isə 2 365 nəfər müəllim adını qazanıb”.

E. Bağırov qeyd edib ki, işə qəbul olanlardan 1800 nəfər kənd məktəblərində həvəsləndirmə tətbiq olunan vakant yerləri seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR