“PAŞA Bank”ın aktivləri artıb

“PAŞA Bank”ın aktivləri artıb
# 11 avqust 2016 10:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Paşa Bank”ın aktivlərinin həcmi 2016-cı ilin II rübündə 2 mlrd. 38,420 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,96% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,61% artaraq 719,183 mln. manat olub.

Bu ilin iyulun 1-nə istehlak kreditlərinin həcmi 90,201 mln. manat təşkil edib.

Bankın depozit portfeli hesabat dövrü ərzində 33,84% artaraq 1 mlrd. 274,236 mln. manata, çatıb. Əhalinin əmanətləri 335,648 mln. manat olub ki, bu da illik müqayisədə 40,3% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 4,9% artaraq 368,799 mln. manata çatdığı halda, nizamnamə kapitalı 333 mln. manat səviyyəsində qalıb.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2,08 dəfə artaraq 92,828 mln. manata, xərcləri isə 2 dəfə artaraq 49,637 mln. manata çatıb.

Cari ilin ikinci rübünü bank 20 mln. 329 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR