Zakir Həsənov Koreyanın yeni səfiri ilə görüşüb

Zakir Həsənov Koreyanın yeni səfiri ilə görüşüb
# 09 dekabr 2015 12:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreyanın yeni təyin olunmuş səfiri Kim Çanq-Qyu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycanla Koreya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Koreya münasibətlərinin inkişafında dövlət başçılarının rolu xüsusi qeyd edilib, bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də münasibətlərin uğurla davam etdiyi vurğulanıb. Söhbət zamanı hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Koreya səfiri Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR