Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərenerji" ASC-nin strategiya və investisiya departamentinin direktoru Rafael Abbasov işdən çıxıb.
"APA-Economics"in xəbərinə görə, R. Abbasov oktyabr ayının 1-dən "Azərenerji"dəki fəaliyyətinə son qoyub.
Mütəxəssisin yeni iş yeri "PricewaterhouseCoopers Azerbaijan" şirkətidir.
Qeyd edək ki, R. Abbasov 2009-cu ilin avqust ayından etibarən "Azərenerji"də çalışıb.