"Rusiya Dəmir Yolları" ilə Azərbaycana taxıl daşımaları kəskin artıb

"Rusiya Dəmir Yolları" ilə Azərbaycana taxıl daşımaları kəskin artıb
# 04 oktyabr 2016 07:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin avqust ayında "Rusiya Dəmir Yolları" vasitəsilə daşınan taxıl və digər emal məhsulları ötən ilin analoji ilə müqayisədə 5,9% azalaraq 1,6 mln. tona enib.

"APA-Economics" xəbər verir ki, ümumilikdə il ərzində Rusiyanın dəmir yolları ilə 11,1 mln. ton taxıl daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% çoxdur.

Avqustda Rusiyadaxili daşımalar 21% azaldığı halda, ixrac daşımaları 22% artıb.

Rusiya Yəmənə ixracı dayandırıb, Səudiyyə Ərəbistanına isə ikiqat azaldıb. Bununla yanaşı, şimal qonşumuzdan Azərbaycana ixrac 1,5 artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR