Millət vəkili Novruz Aslanov seçiciləri ilə görüşüb

Millət vəkili Novruz Aslanov seçiciləri ilə görüşüb
# 15 aprel 2016 07:43 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov seçicilərin problemləri ilə maraqlanmaq məqsədilə İsmayıllı rayonuna gedib.

APA-nın xəbərinə görə, millət vəkilinin İsmayıllı şəhərində yerləşən qərargahına qəbula gəlmiş sakinlərin hər biri ilə görüşən Novruz Aslanov onların problemləri ilə yaxından tanış olub. Bəzi məsələlərin həlli üçün əlaqədar strukturlara müraciətlər ediləcəyini bildirib. Müraciətlər əsasən şəxsi problemlərlə bağlı olub. Bir neçə sakinə müvafiq yardımlar göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR