Bərdədə mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub

Bərdədə mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub
# 08 fevral 2016 14:07 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdə rayonunda oğurluqda təqsirləndirilən şəxslər zərərsizləşdirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları Bərdə və Tərtər rayonlarından mal-qara oğurluğu ilə məşğul olan 4 nəfəri - 22 yaşlı Tural Salahov, 26 yaşlı Fəqan Almasov, 19 yaşlı Samir Almasov və 22 yaşlı Mürsəl Əlvəndovi saxlayıblar.

Saxlanılan şəxslər bu günədək 10 baş mal-qara oğurladıqlarını etiraf ediblər. Hüquq- mühafizə orqanları onların digər cinayətlərdə iştiraklarının olub-olmadığını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR