Qazaxda 7 yaşlı qızı maşın vurub

Qazaxda 7 yaşlı qızı maşın vurub
# 19 aprel 2016 15:50 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 475-ci kilometrliyinə, Qazax şəhəri yaxınlığında qeydə alınıb.

Rayon sakini Vüsal Nəsibov “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən, 2009-cu il təvəllüdlü Əsmər Nizami qızı Haqverdiyevanı vurub.

Ə. Haqverdiyeva Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla balı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR