ETSN: Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub

ETSN: Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub
# 03 noyabr 2015 09:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oktyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının II ongünlüyünə nisbətən 17 m3/san azalaraq 149 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.4, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3.9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Oktyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3.2, I Şahsevəndə 3, Bəhramtəpədə isə 2.9 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.15-7.27 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR