Bacısı ilə qeyri-rəsmi nigahda yaşayan şəxsi qətlə yetirən Yardımlı sakininin apellyasiya şikayəti qismən təmin edilib

Bacısı ilə qeyri-rəsmi nigahda yaşayan şəxsi qətlə yetirən Yardımlı sakininin apellyasiya şikayəti qismən təmin edilib
# 28 iyul 2016 16:02 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan apellyasiya məhkəməsində Yardımlı sakininin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan apellyasiya məhkəməsində hakim Zəki Babayev sədrliyi ilə keçirilən məhkəmə prosesində Yardımlı rayonun Perimbel kənd sakini, 1993-cü il təvəllüdlü Rzazadə Firuz Ziyad oğlunun apellyasiya şikayətinə baxılıb. Apellyasiya şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilib.

Qeyd edək ki, 2015-ci il iyulun 6-da Yardımlı rayonun Perimbel kəndində 1993-cü il təvəllüdlü Rzazadə Firuz Ziyad oğlu qısqanclıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Xurşudov Vüqar Miqyas oğlunu güllələyərək öldürüb. Məlumata görə, Vüqar Xurşudov bir neçə il bundan əvvəl rayonda Firuz Rzazadənin bacısı ilə qeyri-rəsmi nikahda yaşayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rzazadə Firuz Ziyad oğlunu Cinayət Məcəlləsinin 120.2.4 maddəsi ilə təqsirli bilərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR