Ermənistan-Polşa hərbi əməkdaşlığı müzakirə olunub

Ermənistan-Polşa hərbi əməkdaşlığı müzakirə olunub
# 19 avqust 2015 12:14 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanın müdafiə naziri Seyran Ohanyan Polşa Yeji Marek Novakovski və hərbi attaşe Dariuş Marinovski ilə görüşüb.


APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.


Açıqlamada bildirilir ki, tərəflər hərbi sahədə ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR