Suriyada terror qruplaşmasının lideri məhv edilib

Suriyada terror qruplaşmasının lideri məhv edilib
# 22 dekabr 2019 21:30 (UTC +04:00)

Suriyanın şimalında “Əl-Qaidə” terror qruplaşması ilə əlaqəsi olan “Huras ad-Din” terror qruplaşmasının lideri pilotsuz uçan aparat vasitəsilə məhv edilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” peyk televiziya kanalı məlumat yayıb.

Məlumata görə, məhv edilən terrorçunun adı Əbu Xədicə əl-Urdunidir. Əməliyyat beynəlxalq koalisiya qüvvələri tərəfindən İdlib bölgəsində həyata keçirilib. Terrorçu bir avtomobilə edilən hava zərbəsi ilə öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR