İran rəsmisi: "Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur"

İran rəsmisi: "Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur"
# 12 mart 2018 11:54 (UTC +04:00)

"Hal-hazırda əlverişli şərait olduğuna görə İran şirkətləri Azərbaycanda əkin sahələrinə maraq göstərdiklərini və əkin sahələrindən istifadə etməyə hazır olduqlarını bəyan ediblər".

Bunu Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının on ikinci iclası ərəfəsində İranın mədənlər, ticarət və sənaye nazirinin müavini Müctəba Xosrovtac bildirib.

O qeyd edib ki, hazırda İran şirkətləri Azərbaycanda dərman preparatlarının istehsalı sənayesi sahəsində yerli şirkətlərlə birgə işləyir: "Düşünürəm ki, energetika, neft və qaz sahəsində də iki ölkənin əməkdaşlığı üçün geniş potensial mövcuddur. İran hal-hazırda Azərbaycan Respublikasının tranzit və ixracat imkanlarından istifadə edir. Bu gün həmçinin sənaye sahəsində, xüsusilə avtomobil sənayesinin istehsalı sahəsində iki ölkənin şirkətləri birgə fəaliyyət göstərir və tezliklə Azərbaycanda birgə avtomobil istehsalı zavodu açılacaq. İlkin mərhələdə ildə 10 min avtomobilin istehsalı nəzərdə tutulur. Bu zavodun səhmlərinin 25%-i İrana, 75%-i Azərbaycana məxsusdur".

O həmçinin qeyd edib ki, Azərbaycan və İran rəsmiləri arasında mütəmadi görüşlərin təşkili hər iki ölkədə iqtisadi əməkdaşlığın inkişafı üçün iradənin olmasını göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR