Bakı-Qazax yolunda tapılan meyitin kimliyi və ölüm səbəbi məlum olub - YENİLƏNİB-1

Bakı-Qazax yolunda tapılan meyitin kimliyi və ölüm səbəbi məlum olub - <span style="color: red;">YENİLƏNİB-1
# 23 dekabr 2016 14:11 (UTC +04:00)

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində tapılan meyitin şəxsiyyəti və ölümün səbəbi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saat 7.30 radələrində Bakı-Qazax magistralının 90-cı kilometrliyində, dönmə xəttinin üzərində, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində tapılan meyitin Ələt qəsəbə sakini, 1962-ci il təvəllüdlü Abdullayev Adıgözəl Hüseyn oğlu olduğu müəyyən edilib.

Aparılan əməliyyat tədbirləri çərçivəsində məlum olub ki, A. Abdullayev axşam saatlarında yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda piyadanı vuran avtomobilin axtarışları davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb.

***

11:07

Bakı-Qazax magistralında kişi meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saat 7.30 radələrində Bakı-Qazax magistralında, dönmə xəttinin üzərində, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Başında xəsarət olan kişi meyiti Şirvan şəhər Xəstəxanasının morquna aparılıb.

Meyitə baxış keçirilərkən üzərindən Abdullayev Adıgözəl Hüseyn oğluna məxsus bank kartı aşkar edilib.

Kartın həmin şəxsə aid olub-olmaması araşdırılır.

Hüquq-mühafizə orqanları ölümün səbəbləri, həmçinin qətl versiyası ilə bağlı araşdırma aparır.

Faktla bağlı cinayət işi açılıb.

***

07:41

Hacıqabul rayonunda naməlum kişi meyiti tapılıb. APA-nın bölgə müxbirinin məlumatına görə, meyit rayonun Qızılburun kəndi ərazisində, qaçqın şəhərciyinin yaxınlığında aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Meyit Şirvan şəhər xəstəxanasının morquna göndərilib.

Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR