Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasının elementlərini açıqlayıb

Ceyms Uorlik  Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasının elementlərini açıqlayıb
# 20 iyul 2015 20:24 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq sülhməramlıların yerləşdirilməsi Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmanın elementlərindən biri olmalıdır. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlar vasitəsi ilə bir neçə elementlər üzrə razılığa gəlmək vacibdir. Bura, həmçinin, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, qaçqın və məcburi köçkünlərin yerlərinə qaytarılması, beynəlxalq sülhməramlıların yerləşdirilməsini nəzərdə tutan təhlükəsizlik zəmanəti və Dağlıq Qarabağ əhalisinin iradəsini azad ifadə etmə yolu ilə statusun müəyyən edilməsi daxildir.

Amerikalı həmsədr qeyd edib ki, danışıqlarda tərəflər hələlik detalların müzakirə ediləcəyi bu mərhələyə çatmayıb: “Lakin bunlar son nizamlanma üçün vacib bəndlərdir və bölgə xalqlarının hamısı onların həllindən məmnun qalmalıdır”, deyə Uorlik qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR