Sumqayıtda “Azərbaycan multikulturalizmi” mövzusunda səyyar mühazirə təşkil olunub - FOTO

Sumqayıtda “Azərbaycan multikulturalizmi” mövzusunda səyyar mühazirə təşkil olunub - <span style="color: red;">FOTO
# 22 aprel 2015 13:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Sumqayıt şəhərindəki “Azərikimya” İstehsalat Birliyində “Azərbaycan Multikulturalizmi” mövzusunda səyyar mühazirə təşkil edib.

BBMM-dən APA-ya verilən məlumata görə, mühazirə Mərkəzin “Azərbaycan Multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib. “Azərikimya” İstehsalat Birliyinin idarə və şöbələrini təmsil edən məsul şəxslərin iştirak etdiyi tədbirdə BBMM-nin aparıcı mütəxəssisi Yadigar Məmmədli ötən müddətdə həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verib. Y. Məmmədli bildirib ki, tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Multikulturalizm Mərkəzinin fəaliyyətinin əsas hissəsini təşkil edir.

Səyyar dərslərin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanan və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunan “Azərbaycan Multikulturalizmi” proqramına müvafiq olaraq il boyu ölkəmizin müxtəlif bölgələrində keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR