Pakistanda ABŞ səfirliyinin əməkdaşı öldürülüb

Pakistanda ABŞ səfirliyinin əməkdaşı öldürülüb
# 26 iyul 2015 21:32 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Pakistandakı səfirliyinin əməkdaşı öldürülüb.

APA-nn TASS-a istinadən verdiyi məlumata görə, Uikbal Baiqin meyiti paytaxt İslamabaddakı

evində tapılıb.

Səfirlikdən hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

Qətlin motivi də hələlik bəlli deyil.

Məlumdur ki, şiə olan U. Baiq ismailitlər icmasına mənsub olub.

Şiələr sünnilərin üstünlük təşkil etdiyi Pakistanda mütəmadi olaraq hücumların qurbanı olurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR