Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək
# 17 avqust 2015 10:49 (UTC +04:00)

Bakı-APA. Gənclər və İdman naziri cənab Azad Rəhimov avqustun 21-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki və İsmayıllı rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Qəbələ şəhəri Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (Qəbələ şəhəri, 28 may küçəsi 40, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, RİH-nin yanı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı avqustun 16-dan avqustun 20-dək, saat 09:00-dan 18:00-dək aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR