Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə sahəsində vəzifəsi artırılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə sahəsində vəzifəsi artırılıb
# 03 mart 2019 10:20 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsində vəzifəsi genişləndirilib.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev 1 mart 2019-cu il tarixli fərmanı ilə “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları”na edilən dəyişiklik əksini tapıb.

İndiyə qədər Dövlət Komitəsinin vəzifəsi sırasına dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin statistik və mühasibat hesabatının aparılması və həmin vəsaitin dövlət büdcəsinə köçürülmәsinin təmin edilməsi daxil olub. Dəyişikliyə əsasən bundan sonra Dövlət Komitəsi həm də dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını həyata keçirməli, eyni zamanda mühasibat uçotu aparmaqla maliyyə hesabatlarının tərtib olunmasını həyata keçirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR