Azərbaycanda ailə tərkibi və təsərrüfatı barədə məlumatlar “Elektron hökumət” portalında yerləşdiriləcək

Azərbaycanda ailə tərkibi və təsərrüfatı barədə məlumatlar “Elektron hökumət” portalında yerləşdiriləcək
# 28 avqust 2015 05:28 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişikliyə əsasən “Elektron məhkəmə” informasiya sistemi, müavinət alan məcburi köçkünlərin adlı siyahıdan ibarət informasiya ehtiyatı, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin vahid məlumat sistemi, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi “Elektron hökumət” portalına qoşulacaq.

Qərara əsasən Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə isə ailə tərkibi və təsərrüfatı barədə məlumatlar, qəyyumluqda (himayədə) olan uşaqlar barədə məlumatlar “Elektron hökumət” portalında yerləşdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR