Azərbaycan Beynəlxalq Bankı "Tamkart"la kəşbək faizlərini artırıb

Azərbaycan Beynəlxalq Bankı "Tamkart"la kəşbək faizlərini artırıb
# 17 dekabr 2019 15:34 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müştərilərə yeni kampaniya hazırlayıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, yanvarın 15-dək davam edəcək kampaniya dövründə Azərbaycan Beynəlxalq Bankının yeni kart məhsulu olan “Tamkart” sahibləri kampaniya müddətində bu kartla ölkə xaricində apardıqları nağdsız ödənişlərə görə 3% kəşbək qazanacaqlar. Üstəlik, 5 illik “Tamkart Classic” kartı kampaniya zamanı müştərilərə pulsuz, “Tamkart Gold”, “Tamkart Platinum” və “Tamkart Premium” kartları isə xidmət haqqında 50% endirimlə veriləcək.

“Tamkart” eyni anda iki kartı – debet və kredit kartlarını özündə birləşdirən dual kartdır. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur. Azərbaycan Beynəlxalq Bankı ilə bəzi tərəfdaş məkanlarda “Tamkart” sahiblərinə alış-veriş zamanı hətta 40%-dək kəşbək verilir.

Eyni zamanda bankla tərəfdaş olmayan ticarət-xidmət məntəqələrində belə müştərilər ən az 2% kəşbək əldə edir. “Tamkart” debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının ölkədə 37 filialı və 39 şöbəsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR