Pentaqon Trampın Putini Vaşinqtona dəvət etmək niyyətini dəstəkləyib

Pentaqon Trampın Putini Vaşinqtona dəvət etmək niyyətini dəstəkləyib
# 22 iyul 2018 04:23 (UTC +04:00)

ABŞ müdafiə nazirinin müavini Con Rud Rusiya prezidenti Vladimir Putinin Ağ Evə planlaşdırılan səfərinin yaxşı ideya olduğunu bildirib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın CNN telekanalı məlumat yayıb.

C.Rudun fikrincə, iki lider arasında fikir mübadiləsi və səmimi diskussiyanın aparılmasına zərurət var.

ABŞ müdafiə nazirinin müavini xatırladıb ki, iki ölkə arasında münasibətlər normal olduğu dövrdə V.Putin mütəmadi ABŞ prezidentləri ilə görüşüb. Con Rud həmçinin Rusiyanın dünyada mühüm oyunçu olduğunu xatırladıb.

Qeyd edək ki, Helsinkidə bir neçə gün əvvəl təşkil olunmuş Putin-Tramp görüşündən sonra Amerika tərəfi Rusiya prezidentini payızda Vaşinqtona səfər etməyə və ABŞ prezidenti ilə növbəti görüş keçirməyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR