Türkiyə hərbi təyyarələrinin ötən gecə PKK-nın İraqdakı düşərgələrini bombalaması nəticəsində azı 60 terrorçu məhv edilib

Türkiyə hərbi təyyarələrinin ötən gecə PKK-nın İraqdakı düşərgələrini bombalaması nəticəsində azı 60 terrorçu məhv edilib
# 11 sentyabr 2015 14:23 (UTC +04:00)

Bakı – APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr ötən gecə PKK terror təşkilatının İraqın şimalındakı düşərgələrini və mövqelərini növbəti dəfə bombardman edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, sentyabrın 10-da yerli vaxtla saat 23.50-də başlayan əməliyyat ertəsi gün səhər saat 05.30-da yekunlaşıb. 21 ədəd “F-16” və “F-4” tipli təyyarə PKK-nın Kandil, Hakurk, Avaşin, Basyan, Gara və Zap düşərgələrindəki 64 hədəfi bombalayıb. Bu hədəflərə 80 ədəd “ağıllı” bomba ilə dəqiq zərbələr endirilib.

İlkin məlumata görə, əməliyyat nəticəsində azı 60 terrorçu məhv edilib. Gara məntəqəsində PKK-ya məxsus böyük silah anbarı partladılıb. Anbarda partlayışlar 2 saat davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR