DGK İrandan Qazaxıstana gedən yük avtomobilində narkotik aşkarlayıb

DGK İrandan Qazaxıstana gedən yük avtomobilində narkotik aşkarlayıb
# 20 noyabr 2017 13:43 (UTC +04:00)

Astara Gömrük İdarəsinin Yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Qazaxıstana gedən yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin dartıcısının kabinəsinə xidməti it reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi saxlanılıb və əsaslı yoxlanılıb. Nəticədə, kabinənin yataq yerinin üzərində sürücüyə məxsus əl çantasının içərisindəki siqaret qutusunda xalis çəkisi 0,421 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR