Rabitə və yüksək texnologiyalar naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Yevlaxda vətəndaşları qəbul edəcək
# 01 iyun 2015 07:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyunun 19-da Yevlax şəhərində Yevlax, Bərdə, Tərtər, Ağdam, Xocalıdan olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların rəy, təklif və iradları dinləniləcək.

Qeyd edək ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR