Bakı-Şamaxı yolunun bir hissəsində torpaq sürüşməsi aktivləşib

Bakı-Şamaxı yolunun bir hissəsində torpaq sürüşməsi aktivləşib
# 06 fevral 2017 09:47 (UTC +04:00)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu kilometrliyində torpaq sürüşməsi aktivləşib. Sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Bu hissədə yol 40-50 sm çöküb.

Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə “Azəravtoyol” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR