Hərbi Akademiyada elmi seminar keçirilib

Hərbi Akademiyada elmi seminar keçirilib
# 20 aprel 2015 12:27 (UTC +04:00)

Bakı - APA. Hərbi Akademiyada "Azərbaycan Respublikası inkişafın yeni mərhələsində: varislik, novatorluq və dinamizm" mövzusunda elmi seminar keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, seminarda Müdafiə Nazirliyinin nümayəndələri, eləcə də Akademiyasının professor-müəllim heyəti və dinləyiciləri iştirak ediblər.

Seminarda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov məruzə ilə çıxış edib. O, Azərbaycanın müasir inkişaf dövrünün geniş şəkildə təhlilini verib.

E. Nəsirov həmçinin Cənubi Qafqaz regionunda və dünyada gedən siyasi proseslərə toxunub.

Məruzə ətrafında diskussiyalar aparılıb, məruzəçi dinləyicilərin suallarını cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR