Ankarada Ərdoğanla Putin arasında danışıqlar başlayıb

Ankarada Ərdoğanla Putin arasında danışıqlar başlayıb
# 28 sentyabr 2017 18:59 (UTC +04:00)

Ankaraya işçi səfəri başlayan Rusiya prezidenti Vladimir Putinin korteji hava limanından türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın dövlət iqamətgahına yollanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan V.Putini avtomobilin qarşısında salamlayıb, daha sonra prezidentlər fəxri qarovulun qarşısından keçərək iqamətgaha daxil olublar.

Danışıqların əsas mövzularının Suriyadakı vəziyyət, xüsusən, bu ölkədəki təhlükəsizlik zonalarında Rusiya və Türkiyə Silahlı Qüvvələrinin addımlarının əlaqələndirilməsi, İraqın kürd muxtariyyətində müstəqillik referendumu, ikitərəfli münasibətlərin müxtəlif aspektləri olacağı bildirilir. Tərəflərin həmçinin “Türk axını” qaz borusu və “Akkuyu” AES-nin tikintisi, habelə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirə edəcəyi bildirilir.

Hazırda görüş geniş tərkibdə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR