Qaxda çətin keçilən dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Qaxda çətin keçilən dağlıq ərazidə yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 19 noyabr 2017 14:45 (UTC +04:00)

Qax rayonu, İlisu kəndində dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 11.12

Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR