Azərbaycan və İsrail müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və İsrail müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər
# 31 iyul 2017 10:52 (UTC +04:00)

Bu gün Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan İsrail Müdafiə Nazirliyinin müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

MSN-dən APA-ya verilən xəbərə görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumatlar çatdırılıb.

Görüşdə Azərbaycan və İsrail arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

İsrailin Azərbaycandakı səfiri Dan Stav da görüşdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR