“Kasperski Laboratoriyası” Azərbaycanda rəsmi nümayəndəsini təyin edib

“Kasperski Laboratoriyası” Azərbaycanda rəsmi nümayəndəsini təyin edib
# 21 aprel 2015 13:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Müşfiq Məmmədov “Kasperski Laboratoriyası” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub.

APA-Economics” xəbər verir ki, M. Məmmədovun əsas vəzifə borcu şirkətin regionda biznes fəaliyyətinin inkişaf etdirilməsi olacaq. O, potensial və korporativ müştərilərlə, eyni zamanda dövlət orqanları ilə əməkdaşlıq edəcək.

Bundan başqa, M. Məmmədov “Kasperski Laboratoriyası” şirkətinin regionda öz mövqeyini daha da möhkəmləndirməsi üçün Azərbaycanda marketinq xidmətləri göstərən şirkətlərlə sıx əlaqələr quracaq.

Qeyd edək ki, M. Məmmədov “Azərcell Telekom”da yüksək vəzifədə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR