Razi Nurullayev deputatlığa namizəd ola biləcəyi dairələri açıqlayıb

Razi Nurullayev deputatlığa namizəd ola biləcəyi dairələri açıqlayıb
# 01 sentyabr 2015 10:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürəcəyəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev deyib.

O bildirib ki, deputatlığa namizədliyini irəli sürəcək dairə bu həftə məlum olacaq: “Ola bildin ki, yaşadığım Binəqədi rayonundakı dairələrdən birini seçim. Nəzərdən keçirdiyim dairələr arasında Nərimanov və İmişli rayonunda olan dairələr də var. Bu dairələrdən birindən namizəd olacağam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR